Meymun çiçəyi virusu dünyanı ağuşuna aldı
Dünya
05.07.2024 10:45
Ümumdünya Səhiyyə Təşkilatı meymun çiçəyi virusunun (Mpox) yeni ştammının Konqo Demokratik Respublikasının şərq sərhədi boyunca sürətlə yayıldığını və ən təhlükəli variant olduğunu açıqlayıb.
TodayPress xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Tədqiqatçılar bildirir ki, bu ştamm yaxın təmas halında olduqda daha tez yayılır.
Virusun simptomları ilk növbədə özünü ciddi formada göstərmir. Digər xəstəliklər kimi, yüngül baş ağrısı, nəfəs darlığı və ürək bullanma halları yaşanır. Lakin daha sonra balaca qabarcıqlar halında sulu yaralar yaranmağa başlayır və dərhal qabıqlanır. Bu virusa yoluxan insanların təmas etdiyi hər bir xırda elementə kimsə toxunarsa, onlar da “Mpox”a yaxalanmış olurlar.
Bu ştammın müalicəsi iki formada aparılır. Əgər xəstəlik ağır formada keçmirsə, o zaman dincəlmək, çoxlu maye qəbulu və ağrıkəsicilərdən istifadə etmək kifayət edir. Lakin ağır formada keçirlənlər mütləq xəstəxanaya müraciət etməlidirlər.
Töhfə Səmədova
tag: Meymun Çiçəyi, Virus, Simptom, Xəstəlik, Yoluxma, todaypress.az,