“Meymun çiçəyi” 2 can aldı
Dünya
13.06.2024 17:38
Cənubi Afrikada “Meymun çiçəyi” virusundan 2 nəfər ölüb.
TodayPress xəbər verir ki, bu barədə Milli Yoluxucu Xəstəliklər İnstitutu (NICD) məlumat yayıb.
Ölkənin ən böyük əyalətləri olan Gauteng və KwaZulu-Natalda cəmi 6 nəfərin “Meymun çiçəyi” virusuna yoluxduğu və onların arasından 2 nəfərin öldüyü bildirilib.
Qeyd olunub ki, virusa yoluxan şəxslər 30-39 yaş arası kişilərdir və onlar epidemiyanın baş verdiyi ölkələrə səyahət etməyiblər.
Günəş Mərd
tag: Meymun çiçəyi, Cənubi Afrika, Epidemiya, Ölüm, todaypress.az,