Məxfi Xidmətin Trampın andiçmə mərasiminə hazırlığı
Dünya
16.01.2025 18:37
ABŞ Məxfi Xidməti prezident Donald üçün özəl mühafizə şirkəti ilə müqavilə imzalayıb.
TodayPress xəbər verir ki, bu barədə “TMZ” portalı məlumat yayıb.
“Donald Trampın andiçmə mərasimi özəl təhlükəsizlik şirkəti tərəfindən təşkil olunacaq. Məxfi Xidmət inauqurasiyaya kömək etmək üçün “Arcus Group” MMC ilə anlaşıb” məlumatda deyilir.
Nəşrin məlumatına görə, özəl şirkətlə 8,1 milyon dollarlıq müqavilə bağlanıb.
2024-cü ildə Tramp iki dəfə sui-qəsdə məruz qalıb. İlk hücum iyulun 13-də seçicilər qarşısında çıxışı zamanı baş verib, siyasətçiyə bir neçə dəfə atəş açılıb. Güllələrdən biri onun qulağına dəyib. İkinci hadisə sentyabrın 15-də Florida ştatındakı qolf klubunda baş verib. Həmin hadisədə Tramp xəsarət almayıb.
tag: ABŞ ,Tramp, Məxfi, Andiçmə, todaypress.az,