“Meta”nın direktoru azadlıqdan məhrum edildi
Dünya
22.07.2024 12:57
Hərbi Apellyasiya Məhkəməsi “Meta Platforms” şirkətinin kommunikasiyalar üzrə direktoru Endi Stounun terrorizmə dəstək verdiyinə görə altı il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərarı təsdiqləyib.
TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.2-ci (terrorçuluğa ictimai dəstək) maddəsi ilə həbs edilib. Cəzanın çəkilmə müddəti məhkumun tutulduğu və ya Rusiya Federasiyasına ekstradisiya edildiyi andan hesablanmağa başlayır.
Xatırladaq ki, Endi Stoun 11 mart 2022-ci ildə internetdə, o cümlədən “X”da Rusiya Silahlı Qüvvələrinin hərbi qulluqçularına qarşı təcavüzkar, düşmənçilik və zorakılıq hərəkətlərinə haqq qazandıran yazı dərc edib. Sözügedən yazıda o, hərbi qulluqçuların öldürülməsi məqsədilə törədilən terror aktlarına haqq qazandırıb və belə halların artması üçün çağırış edib.
Töhfə Səməd
tag: Meta, Cinayət, Rusiya, Direktor, Terrorçuluq, todaypress.az,