“Meta” Donald Trampın sosial media hesablarına tətbiq edilən məhdudiyyətləri aradan qaldırdı
Dünya
14.07.2024 00:04
“Facebook” və “Instagram”ın sahibi olan “Meta” şirkətinin verdiyi açıqlamada ABŞ-nin keçmiş prezidenti Donald Trampın sosial media hesablarına tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırıldığı açıqlanıb.
TodayPress xəbər
verir ki,”Meta”, 2021-ci ildə ABŞ-nin əvvəlki prezident seçkilərindən əvvəl ABŞ
Kapitoluna basqın edən tərəfdarları dəstəklədiyi üçün Trampın hesablarını
qeyri-müəyyən müddətə dayandırmışdı. Şirkət daha sonra keçən ilin əvvəlində
Trampın hesablarını yenidən aktivləşdirdi. Bununla belə, Trampın hesablarının
izləniləcəyi və qaydaları pozan paylaşımlar edəcəyi təqdirdə hesablarının bir
aydan iki ilədək müddətə yenidən dayandırıla biləcəyi bildirilirdi.
“Meta”, ABŞ prezidenti Co
Baydenə qarşı mübarizə aparan Trampın hesablarının artıq əlavə izləmə məhdudiyyətlərinə
məruz qalmayacağını açıqlayıb.
“Siyasi ifadə azadlığını təmin
etmək məsuliyyətimizi nəzərə alaraq, Amerika xalqının eyni əsaslarla
prezidentliyə namizədləri dinləyə bilməsinin lazımi olduğunu düşünürük” deyə bəyanatda
bildirilir.
Nəzrin Cavadzadə
tag: todaypress.az, Meta,Tramp, ABŞ, Sosial media,