Məşhur şəlalədə faciə: Ölən var

Dünya

11.08.2024 09:16

Çinin cənubundakı Detian şəlaləsində turist eskalatorunun sıradan çıxması nəticəsində 1 nəfər ölüb, 60 nəfər yaralanıb.   

TodayPress xəbər verir ki, bu barədə park administrasiyası "WeChat" sosial şəbəkəsində məlumat verib. 

“İnsident nəticəsində bir turist həlak olub, daha 60 turist yaralanıb, onlardan biri ağır, qalan 59 nəfər isə yüngül xəsarət alıb” deyə məlumatda qeyd olunub.   

Hadisənin baş verməsinə səbəb “Sehirli xalça” adlanan və şəlalələri seyr etmək üçün istifadə edilən eskalatorun avadanlıqlarında nasazlığın yaranması olub.   

Dərhal hadisə yerinə xilasedicilər və yanğınsöndürənlər cəlb olunub, xəsarət alanlara tibbi yardım göstərilib. 

Günəş Mərd

tag: faciə ,şəlalə,Çin,turist,ölüm,todaypress.az,