Məşhur pop ulduzu edam ediləcək

Dünya

20.01.2025 15:05

İranda məhkəmə “Tatalu” təxəllüsü ilə tanınan pop müğənnisi Əmir Hüseyn Məqsudlu barəsində ölüm hökmü çıxarıb.   

TodayPress xəbər verir ki, bu barədə “Etemad” yazıb.  

Nəşrin məlumatına görə, sənətçi əvvəlcə beş il müddətinə azadlıqdan məhrum edilib, lakin prokuror məhkəmənin qərarı ilə razılaşmayaraq işə yenidən baxılmasını istəyib. 

Bundan sonra cinayət işi bərpa edilib.

“Bu dəfə təqsirləndirilən şəxs Məhəmməd peyğəmbəri təhqir etdiyinə görə edam cəzasına məhkum edilib” nəşr yazıb.


Günəş Mərd

tag: İran,Türkiyə,Həbs,Edam,Reper,Dünya,todaypress.az,