Məşhur muzey külə döndü - FOTO
Dünya
10.01.2025 15:41
Los-Ancelesin Altadena bölgəsində yerləşən məşhur Bunny Muzeyi, "Eaton" yanğını nəticəsində tamamilə məhv olub.
TodayPress xəbər verir ki, bu barədə Amerikanın “CBS News” nəşri məlumat yayıb.
Muzey sahibləri Steve Lubanski və xanımı, ev heyvanlarını xilas edə bilsələr də, 40 ildən çox yığdıqları dəyərli kolleksiya tamamilə kül olub.
Muzey 26 il fəaliyyət göstərərək “hər şey dovşanlarla bağlı” mövzusunda dünyanın tək muzeyi kimi tanınıb.
Qeyd edək ki, Los-Ancelesdəki yanğınlar şəhərin üç ərazisini - İton, Pasifik Palisades və Hurstu bürüyüb. Yanğın zamanı ümumilikdə 70 minə yaxın insan təxliyə edilib.
Mütəxəssislərin hesablamalarına görə, yanğınlar nəticəsində dəyən ziyan 50 milyard dolları ötüb.
Günəş Mərd
tag: Dovşan,Məşhur ,Muzey, Bunny ,todaypress.az,