Məşhur meymun öldü
Qabaqcıl dil və koqnitiv qabiliyyətləri, o cümlədən "Minecraft" oynamaq bacarığı ilə dünya miqyasında şöhrət qazanan məşhur meymun ölüb.
TodayPress xəbər verir ki, onun ölümünə səbəb ürək problemləri olub.
Bildirilir ki, Bonobo Kanzi ABŞ-dəki heyvan mərkəzində huşsuz vəziyyətdə tapılıb. Mərkəzin əməkdaşları onun ürək problemlərindən xəbərdar olsalar da, kritik hesab etməyiblər. Ölümün dəqiq səbəbi ekspertizadan sonra məlum olacaq.
Onun baxıcılarının sözlərinə görə, Kanzi həmin gün özünü normal aparıb, digər meymunlarla oynayıb. Bir müddət sonra o, dincəlmək üçün uzanıb və oyanmayıb.
Kanzi müstəqil olaraq 300-dən çox söz ifadə edən simvolları mənimsəyərək, mürəkkəb ifadələr qurmağı bacarıb.
Bundan əlavə, Bonobo ingilis dilində təlimatları başa düşməkdə iki yaşlı uşaqdan daha yaxşı nəticələr nümayiş etdirib.
Türkan İsgəndərli
tag: todaypress.az,Meymun,Bonobo,İngilis dili,Heyvan,