Merts Ukraynaya səfər edəcək

Dünya

07.05.2025 16:30

11

Almaniyanın yeni kansleri Fridrix Merts yaxın həftələrdə Ukraynaya səfər etməyi planlaşdırır. 

TodayPress xəbər verir ki, bu barədə o, Parisdə Fransa prezidenti Emmanuel Makronla keçirdiyi birgə mətbuat konfransında bildirib. 

Onun sözlərinə görə, hazırda səfərin detalları razılaşdırılır.

“Ukraynaya səfər etməyi düşünürəm və bu planın necə reallaşacağı üzərində iş gedir” deyə Merts qeyd edib.

Qiymət Mahir

tag: Almaniya,Kansler,Fridix Merts,Ukrayna,todaypress.az,