Merts Ukrayna münaqişəsinin Avropaya təsirindən danışdı
“Ukrayna münaqişəsinin nəticəsi təkcə bu ölkə üçün deyil, bütün Avropanın sülh nizamı üçün həlledici olacaq”.
TodayPress xəbər verir ki, bu barədə Almaniyanın federal kansleri Fridrix Merts “RİA”ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, hazırda Ukraynada gedən proseslər bütövlükdə Avropa qitəsinin gələcək təhlükəsizlik arxitekturasını müəyyən edir.
“Avropa bu tarixi və həlledici məqamda hər zamankından daha birgə və möhkəm dayanmalıdır” deyə Mers vurğulayıb.
Qiymət Mahir
tag: Ukrayna,Münaqişə,Almaniya,Avropa,todaypress.az,