Merts: "Hazırkı vəziyyətdə Ukraynada seçki keçirilə bilməz"

Dünya

10.05.2025 16:24

10

Almaniya kansleri Fridrix Merts, Kiyevə səfəri zamanı ABŞ prezidenti Donald Trampın Ukraynada seçkilərin keçirilməsi ilə bağlı mövqeyini tənqid edib. 

TodayPress xəbər verir ki, o, bu barədə "BILD" nəşrinə müsahibə verib.

Merts bildirib ki, ABŞ və Almaniya arasında Ukrayna münaqişəsinə dair geniş razılaşma olsa da, seçkilərlə bağlı məsələdə fikir ayrılığı mövcuddur.

O vurğulayıb ki, Ukrayna Konstitusiyası hərbi vəziyyət şəraitində seçkilərin keçirilməsinə icazə vermir və bu hüquqi müddəaya hörmət edilməlidir. 

Bundan əlavə, Almaniya kansleri Avropa İttifaqının bəzi ölkələrinin xüsusi tribunal yaratmaq təşəbbüsünü də dəstəkləyib.

Türkan İsgəndərli

tag: Almaniya,ABŞ,Ukrayna,Seçki,todaypress.az,