Merkel Ukraynanın NATO-ya qəbul edilməməsindən danışdı

Dünya

25.11.2024 18:24

Almaniyanın keçmiş kansleri Angela Merkel 2008-ci ildə alyansın Buxarestdə keçirilən sammitində Ukraynanın NATO-ya qəbul edilməməsi qərarının düzgün olduğunu deyib. 

TodayPress xəbər verir ki, bu barədə o, “BBC”yə verdiyi müsahibəsində bildirib.

Ukraynadakı münaqişənin hazırkı mərhələsindən danışan Merkel, nüvə silahından istifadənin qarşısını almaq üçün mümkün olan hər şeyi etməyin zərurətini qeyd edib. 

Merkel, həmçinin əlavə edib ki, o hakimiyyətdə olarkən Rusiya ilə enerji sektorunda əməkdaşlığa can atırdı. Çünki bu, Almaniyanın milli maraqlarına uyğun gəlirdi. O, Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatının Avropa ilə Rusiya arasında münasibətlərin soyumasına səbəb olmasından təəssüfləndiyini bildirib.

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp haqqında danışan Merkel Qərb liderlərinə onunla münasibət qurarkən prioritetləri barədə aydın olmağı və ondan qorxmamağı tövsiyə edib. Onun fikrincə Tramp çox sadə insandır. 

"O, özünü çox aydın ifadə edir. Əgər siz də eyni şəkildə davransanız, o zaman aranızda qarşılıqlı hörmət yaranacaq. Bu, mənim təcrübəmdir" deyə Merkel bildirib. 

Töhfə Səməd

tag: Angela Merkel, Rusiya, Tramp, ABŞ, Ukrayna, todaypress.az,