Merkel Putinlə təmasların vacib olduğunu bildirdi
Rusiya prezidenti Vladimir Putinlə təmaslar Ukraynada münaqişəyə səbəb olan böhranlı vəziyyətdən qaçmaq üçün lazım idi.
TodayPress “Tagesspiegel”ə istinadən xəbər verir ki, bunu Almaniyanın keçmiş kansleri Angela Merkel deyib.
“Soyuq Müharibə başa çatdıqdan sonra yeni dünya düzənində Putin kimi siyasətçi ilə necə əlaqə saxlamaq olardı? Onu ümumi sülhə cəlb etməyə çalışmaq lazımdır” deyə siyasətçi qeyd edib.
Merkelin sözlərinə görə, “Şimal axını 2” qaz kəməri layihəsi buna nail olmağa imkan yaradıb.
O, bu cəhdin uğursuz olduğunu bildirsə də, səhv olmadığını qeyd edib.
Keçmiş kansler əlavə edib ki, indiki mövcud vəziyyətin qarşısını almaq üçün hər cür səy göstərib.
Günəş Mərd
tag: Rusiya, Putin, Ukrayna, Münaqişə, Şimal Axını, Merkel, todaypress.az,