Merkel Makron üçün darıxır

Dünya

28.11.2024 12:48

Almaniyanın keçmiş kansleri Angela Merkel etiraf edib ki, o, Fransa prezidenti Emmanuel Makron da daxil olmaqla, siyasətçi həmkarları ilə görüşmək üçün darıxır. 

TodayPress xəbər verir ki, o, bu barədə Fransanın “Le Point” qəzetinə müsahibəsində danışıb.

“Siyasi karyeram üçüb darıxmıram. 16 il kansler olmuşam və bu, artıq kifayətdir. Amma mən bəzi insanlarla, o cümlədən Prezident Makronla görüşmək üçün çox darıxıram” deyə o, hisslərini bölüşüb.

Günəş Mərd

tag: Almaniya, Merkel, Makron, Fransa, todaypress.az,