Mərakeşdə hərbi təyyarə qəzaya uğradı

Dünya

22.11.2024 09:22

Mərakeşdə pilotların təlimi üçün nəzərdə tutulan "Da-42" tipli təlim təyyarəsi havaya qalxdıqdan dərhal sonra Bin Süleyman bölgəsindəki hava bazasında qəzaya uğrayıb.

TodayPress xəbər verir ki, bu haqda Mərakeş ordusundan verilən açıqlamada bildirilib.

Məlumata görə qəza zamanı Hərbi Hava Qüvvələrinin iki zabiti həlak olub.

Qəzanın səbəblərini araşdırmaq üçün istintaq komissiyası yaradılıb.

tag: Təyyarə, Qəza,Hava Qüvvələri, Zabit, todaypress.az,