Mərakeşdə 1304 məhbus əfv edildi
Mərakeş Kralı VI Məhəmməd ölkənin əsas milli bayramı Müstəqillik Manifesti Günü ərəfəsində 1304 məhbusa amnistiya elan edib.
TodayPress xəbər verir ki, bu barədə “Xinhua” məlumat yayıb.
Hər il yanvarın 11-də Mərakeş millətçiləri ölkənin müstəqilliyinə çağırış etdiyi əlamətdar siyasi sənəd olan 1944-cü il Müstəqillik Manifestinin nəşrinin ildönümünü qeyd edir.
Mərakeşdə kral əfvləri ənənəvi olaraq böyük milli anma və ya dini bayramlar zamanı verilir.
Töhfə Səməd
tag: Mərakeş ,Məhbus ,Əfv ,Bayram ,todaypress.az,