Mərakeş kralı 2476 məhbusu əfv etdi

Dünya

30.07.2024 08:00

Mərakeş Kralı VI Məhəmməd Mərakeşdə əlamətdar milli bayram olan Taxt Günündə 2476 məhbusa amnistiya elan edib.

TodayPress xəbər verir ki, bu barədə Mərakeş Ədliyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin bəyanatında deyilir ki, 2278 məhbusun cəzası azaldılıb, 182 nəfərin isə həbs müddəti və ya cərimələrinin ləğvi edilib.

Bundan başqa, ekstremizm və terrorizmdə təqsirli bilinən 16 məhkum da ekstremizm və terrorizmdən əl çəkdiyi reabilitasiya proqramlarını başa vurduqdan sonra amnistiyaya daxil ediliblər.

Nəzrin Cavadzadə

tag: Mərakeş, Kral, Taxt günü, Əfv, todaypress.az,