Mənbicdə vəziyyət təhlükəli olaraq qalır
"Suriyanın bəzi bölgələrində vəziyyət sabitləşib, lakin ölkənin şimal-şərqində və şimalda Mənbic şəhərində vəziyyət təhlükəli olaraq qalır".
TodayPress xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (OCHA) bəyanatında deyilir.
Bildirilib ki, 40 mindən çox suriyalı ölkənin şimal-şərqindəki 240 mərkəzə yerləşdirilib. Onlara yemək, şəxsi gigiyena vasitələri və psixoloji dəstək verilir.
Qeyd edilir ki, gərginliyin başladığı gündən Hələb, İdlib, Homs və Həmada 700 minə yaxın suriyalı ərzaq yardımı alıb.
Dekabrın 12-nə olan məlumata görə, Suriyada eskalasiya noyabrın 27-də başlayandan bəri əksəriyyəti qadın və uşaqlardan ibarət 1,1 milyon suriyalı ölkə daxilində didərgin düşüb.
Töhfə Səməd
tag: Suriya ,Mənbic, Vəziyyət ,Təhlükəli ,todaypress.az,