Məktəblərdə telefon qadağan edildi
Belçikanın fransızdilli bölgələrində və paytaxt Brüsseldə ibtidai və orta məktəblərdə şagirdlərə smartfonlardan istifadə qadağan edilib.
TodayPress xarici mediaya istinadən xəbər verir ki, Valoniya-Brüssel Təhsil Şəbəkəsi (WBE) tərəfindən qəbul edilən qərara əsasən, avqustun 26-da başlayacaq 2024-2025-ci tədris ilindən etibarən fransız dili tədris olunan 373 məktəbdə ibtidai və orta məktəb şagirdlərinin özləri ilə smartfon gətirməsi qadağan ediləcək.
Qadağa 132 min 600 tələbəni əhatə edəcək.
Ölkənin flamanddilli tərəfində hökumətin hələ də qadağa ilə bağlı razılığa gəlməsi gözlənilir.
Qeyd edək ki, Belçikada bütün məktəblər öz qaydalarına əməl edir, bəziləri hər cür elektron cihazların məktəbə daxil olmasını qadağan edir, digərləri isə bunu önəmli hesab etmir.
Qərar tələbələrin öz smartfonları ilə bir-birinin şəklini çəkməsi və bir-birini ictimailəşdirməsi əsasında qəbul edilib. WBE hesab edir ki, bu, şantaj və cinayətlərə səbəb olur.
Günəş Mərd
tag: Belçika, Telefon, Qadağa, Məktəblər, todaypress.az,