Meksikada zəlzələ oldu
Meksikanın qərb sahillərində zəlzələ baş verib.
TodayPress xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Bildirilir ki, zəlzələnin gücü 5,9 bal olub.
Mərkəzi La Kruz de Loreto şəhərindən 295 kilometr şimal-qərbdə, yerin 10 kilometr dərinliyində yerləşib.
Hadisə nəticəsində dağıntı və ya xəsarət alanlar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.
Türkan İsgəndərli
tag: Meksika,Zəlzələ,ABŞ,Sunami,todaypress.az,