Meksikada zəlzələ baş verdi

Dünya

27.07.2024 16:05

Meksikada 5,3 bal gücündə zəlzələ qeydə alınıb. 

TodayPress xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. 

Yeraltı təkanların episentri əhalisi 673 min nəfər olan Akapulko şəhərindən 27 km şimalda, 20 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Töhfə Səməd

tag: Meksika, Zəlzələ, Yeraltı, Sunami, Akapulko, todaypress.az,