Meksikada polad zavodunda partlayışda 12 nəfər öldü
Dünya
31.10.2024 02:23
Meksikanın Tlakskala
ştatında polad zavodunda baş verən partlayış nəticəsində azı 12 nəfər ölüb.
TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, bu
barədə ştatın Mülki Müdafiə İdarəsi məlumat yayıb.
Hadisə Meksika-Verakruz federal magistralının 123-cü
kilometrliyində yerləşən SIMEC obyektində qeydə alınıb.
"Prokurorluq bu hadisəyə görə məsuliyyət
daşıyanların müəyyən olunması üçün artıq təhqiqata başlayıb" ştat
qubernatoru Lorena Kuellar “X”dəki səhifəsində qeyd edib.
tag: Partlayış, Meksika, Ölüm, SIMEC,Polad,