Meksika meri həyat yoldaşının gözü qarşısında güllələndi
Meksikanın Gerrero ştatının meri silahlı hücum nəticəsində ölüb.
TodayPress xəbər verir ki, əyalətin Kopala şəhərinin meri Salvador Villalba Akapulko-Pinotepa avtomobil yolunda naməlum silahlı şəxslərin hücumuna məruz qalıb. Avtomobildən çıxarılan Villalba həyat yoldaşının gözü qarşısında güllələnərək öldürülüb. Hücum zamanı yaralanan Villalbanın həyat yoldaşı xəstəxanaya çatdırılıb.
Guerrero əyalət prokurorluğundan verilən açıqlamada bələdiyyə sədrinin qətlinin pisləndiyi və hücumla bağlı istintaq başladıldığı bildirilib.
Yerli mətbuatda dərc olunan xəbərlərdə bir müddətdir təhdid edilən Villalbanın milli qvardiyaların himayəsində olduğu bildirilib.
Xatırladaq ki, Villalba iyunun 2-də keçirilən seçkilərdə Kopala şəhərinin meri seçilib.
Qeyd edək ki, Meksikada öldürülən siyasətçilərin sayı 34-ə çatıb.
GÜNEL
tag: Meksika meri,Silahlı hücum, Avtomobil yolu, Kopala şəhəri, todaypress.az,