Meksika ABŞ ilə sərhədə qoşun göndərir
Dünya
04.02.2025 05:39
Meksika ABŞ ilə sərhəddə Milli Qvardiya
bölmələrini yerləşdirəcək.
TodayPress xarici KİV-ə istinadən xəbər verir ki,
bunu Meksika lideri Klaudiya Şeynbaum gündəlik mətbuat konfransında deyib.
“Meksikanın milli müdafiə naziri Rikardo Trevilya Trexo
artıq ABŞ ilə sərhəddə Milli Qvardiya bölmələrinin yerləşdirilməsi planını
hazırlayır” Prezident bildirib.
Şeynbaum əlavə edib ki, qoşunların sərhəd bölgələrinə
göndərilməsi Meksikanın maraqlarına cavab verir.
Onun sözlərinə görə, bu, digər məsələlərlə yanaşı,
ABŞ-dən silah qaçaqmalçılığı ilə mübarizəyə kömək edəcək.
Qeyd edək ki, Meksika ABŞ ilə əldə olunan razılaşmalar
çərçivəsində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısını almaq üçün
sərhədə Milli Qvardiyanın on min zabitini göndərəcək.
tag: Meksika, ABŞ, Qoşun, Sərhıd, Silah, todaypress.az,