Məkkədə ölənlərin sayı açıqlandı

Dünya

22.06.2024 16:10

Məkkə ziyarəti başa çatdıqdan sonra güclü istilər səbəbindən dünyasını dəyişən zəvvarların sayı açıqlanıb. 

TodayPress xarici mediaya istinadən xəbər verir ki, rəsmi açıqlamalara görə, ölənlərin sayı 1170 nəfəri keçib.

Bildirilib ki, bu qeyri-dəqiq məlumatdır. Təxminən 1400 zəvvar hələ də itkin düşüb. Həmçinin bəzi zəvvarlar düzgün qeydiyyatdan keçməyib, qeyri-rəsmi yollarla gəliblər. Səudiyyə Ərəbistanı hər il ölkələrə həcc kvotaları ayırır və zəvvarlardan ölkənin Həcc Nazirliyində qeydiyyatdan keçmələri tələb olunur.

Xatırladaq ki, bu il Həcc ayinlərini yerinə yetirmək üçün Məkkəyə 1,8 milyona yaxın zəvvar gedib. Səudiyyə Ərəbistanı Səhiyyə Nazirliyi 390 min zəvvarın tibbi yardıma ehtiyacı olduğunu bildirib.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ)  Həcc ziyarəti zamanı azərbaycanlı zəvvarlar arasında ölüm faktının qeydə alınmadığını bildirib. 

Günəş Mərd

tag: Məkkə, Ölənlər, Zəvvar, Həcc, Səudiyyə Ərəbistan, todaypress.az,