Məkkə və Mədinəni su basdı
Dünya
07.01.2025 12:56
Səudiyyə Ərəbistanının müqəddəs Məkkə və Mədinə şəhərlərində daşqın baş verib.
TodayPress xəbər verir ki, bu barədə "Metro" məlumat yayıb.
Güclü yağışlar nəticəsində şəhərin küçələrini su basıb, avtomobilləri sel aparıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə də leysan yağışları nəticəsində bütün məhəllələrin su altında qaldığı görünür.
Meteorologiya Xidməti Məkkə, Mədinə və liman şəhəri olan Ciddə üçün qırmızı təhlükə elan edib.
Töhfə Səməd
tag: Məkkə, Mədinə, Müqəddəs ,Su ,Basdı ,todaypress.az,