Məhv edilən NATO hərbi texnikaları Rusiyada nümayiş olundu
Dünya
13.09.2024 11:50
Müharibə zamanı qənimət kimi ələ keçirilən NATO hərbi texnikaları Novosibirsk şəhərinin Pimenov meydanında nümayiş olunacaq.
TodayPress xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Hərb Dairəsindən məlumat verilib.
Sərgidə Ukrayna, ABŞ, Böyük Britaniya, Türkiyə və digər ölkələrdə istehsal olunan 14 texnika nümayiş etdirilir.
Bundan əlavə ziyarətçilər “Abrams” tankı, “M113”, “Kozak”, “Kirpi” zirehli transportyorlarını, “Marder” və “Bredli” piyadaların döyüş maşınlarını, “Mastiff” və “Pinzqauer” texnikalarını seyr edə biləcəklər.
tag: Ukrayna ,Sərgi, Abrams Tankı ,Kozak ,Zireh ,Bredli ,Marder, NATO, todaypress.az,