Mehmetçikdən uğurlu əməliyyat: 9 PKK yaraqlısı məhv edildi
Dünya
12.07.2024 14:36
İraqın şimalında aşkarlanan 9 PKK terrorçusu məhv edib.
TodayPress “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, terrorla mübarizə həm ölkə daxilində, həm də sərhəddən kənarda qətiyyətlə davam edir:
“Onların gəldiyini heç kim eşitmir, qayıtdıqlarını isə eşitməyən qalmır. Qəhrəman Türk Silahlı Qüvvələrimiz İraqın şimalında Hakurk, Qara və Pəncə Kilit əməliyyatı bölgələrində aşkar etdiyi 9 PKK terrorçusunu zərərsizləşdirib. Harada olurlarsa olsunlar, Mehmetçiklərin nəfəsini terrorçular hər zaman hiss edəcək!”.
Töhfə Səməd
tag: Türkiyə, İraq, Nazirlik, Terrorçu, Mehmetçik, todaypress.az,