Mehmetçikdən uğurlu əməliyyat: 9 PKK yaraqlısı məhv edildi
Dünya
12.01.2025 15:30
Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında yeni əməliyyat keçirib.
TodayPress xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, əməliyyat nəticəsində İraqın şimalındakı "Pençe-Kilit" və Metine bölgələrində PKK terror qruplaşmasının üç üzvü öldürülüb.
Suriyanın şimalındakı "Fərat Qalxanı" və "Barış Pınarı" əməliyyat bölgələrində isə PKK-nın daha altı üzvü zərərsizləşdirilib.
Nazirlikdən bildirilib ki, terrorçulara qarşı mübarizə davam edəcək.
tag: Türkiyə ,Silahlı Qüvvələr,İraq ,Suriya,PKK ,todaypress.az,