Mehmetçikdən uğurlu əməliyyat: 2 terrorçu zərərsizləşdirildi
Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) İraqda yeni əməliyyat keçirib.
TodayPress xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, Hakurk bölgəsində keçirilən əməliyyat zamanı iki terrorçu - Zeynep Aslan və Zeliha Mahcup zərəsizləşdirilib.
MİT terrorçuların Türkiyəyə gəlməyi planlaşdırdıqlarını aşkarlayıb.
Məlumata görə, onlar Türkiyənin strateji hədəflərinə hücum üçün təlim keçiriblər.
tag: MİT,İraq,Zeynep Aslan,Zeliha Mahcup,Türkiyə,todaypress.az,