Mehmetçikdən uğurlu əməliyyat: 14 PKK yaraqlısı məhv edildi

Dünya

29.01.2025 14:40

Türkiyə hərbçilərinin Suriyanın şimalında keçirdikləri antiterror əməliyyatı nəticəsində14 PKK/YPG terror qruplaşmasının silahlısı öldürülüb.

TodayPress xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, terrorla mübarizə həm ölkə daxilində, həm də sərhəddən kənarda qətiyyətlə davam edir: 

“Onların gəldiyini heç kim eşitmir, qayıtdıqlarını isə eşitməyən qalmır. Harada olmaqlarından asılı olmayaraq, terrorçular Mehmetçiklərin nəfəsini hər zaman hiss edəcək!”.

Töhfə Səməd

tag: Türkiyə ,PKK,YPG,Müdafiə Nazirliyi ,todaypress.az,