Məhkəmə Maskın milyardlıq bonuslarını blokladı

Dünya

03.12.2024 16:31

Delaver məhkəməsi 2018-ci ildə “Tesla” ilə müqavilənin şərtlərinə əsasən İlon Maska bonus ödənilməsini yenidən rədd edib.

TodayPress xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb. 

O, dəyəri 100 milyard dollara çatan andan etibarən şirkətin bazar kapitallaşmasının hər 50 milyard dolları üçün “Tesla” səhmlərinin 1%-ni almalıdır. İndi şirkətin rəhbəri 101 milyard dollar dəyərində olan 303 milyon səhm bonusu almaq hüququna malikdir. 

Lakin yanvar ayında Delaver məhkəməsi Maska bonus ödənişini bloklayıb. Məhkəmənin məlumatına görə, qərar Maskla əlaqəli idarə heyəti üzvlərinin təklifi əsasında qəbul edilib.

İyun ayında səhmdarların yığıncağı İlon Maska bonus ödənilməsini yenidən təsdiqləyib. Məhkəmə, ödənişin səhmdarların maraqlarına uyğun olma ehtimalının az olduğunu bildirərək, yenidən ona mane olub. " Böyük və istedadlı vəkillər qrupu müqavilənin ratifikasiyası üçün mübahisə etməkdə yaradıcılıq nümayiş etdirdi, lakin onların görünməmiş nəzəriyyələri qanunun çoxsaylı müddəalarına ziddir" deyə hakim Ketlin McKormik bildirib. 

Töhfə Səməd

tag: Mask, Məhkəmə, Delaver, Bonus, Blok, todaypress.az,