Məhkəmə İmran Xana bəraət verdi

Dünya

13.07.2024 18:05

İslamabad Ali Məhkəməsində İmran Xan və həyat yoldaşı Buşra Bibi ilə bağlı iş üzrə məhkəmə iclası keçirilib.

TodayPress xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb. 

Cütlük "qanunsuz nikah"a görə verilən 7 illik həbs cəzasından azad edilib. 

Xatırladaq ki, məhkəmə İmran Xan və Bibini 2018-ci ildə evlilik qanununu pozduğuna görə hər birini 7 il həbs cəzasına məhkum etmişdir. Belə ki, bibi əvvəlki ərindən boşandıqdan və 2018-ci ildə Xanla evləndikdən sonra İslamın verdiyi "iddat" adlanan gözləmə müddətini tamamlamamaqda günahlandırılıb.

Qeyd edək ki, sabiq baş nazir bundan əvvəl dövlət sirrini açıqlamaq ittihamı ilə 10 il həbs cəzası verilən işdə də bəraət alıb. 

Töhfə Səməd

tag: İslamabad, İman Xan, Cəza, Ali Məhkəmə, Buşra bibi, todaypress.az,