Məhkəmə AK prezidentinin toxunulmazlığını nəzərdən keçirəcək

Dünya

06.01.2025 14:32

2383

Lyej məhkəməsi Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayenin COVID-19 peyvəndlərinin satın alınmasında korrupsiya ittihamlarına qarşı toxunulmazlığına baxacaq. 

TodayPress xəbər verir ki, bunu belçikalı fəal Frederik Baldan deyib.

O qeyd edib ki, yanvarın 6-da Avropa İttifaqı (Aİ) Prokurorluğunun tələbi ilə məhkəmə iclası keçiriləcək. Agentlik Aİ-də korrupsiya hallarını müəyyən etmək niyyətində olduğunu bildirsə də, hazırda o, faktiki olaraq fon der Lyayeni müdafiə edir.

Bundan əvvəl polşalı fermerlər Avropa Komissiyasının Varşava ofisi qarşısında etiraz aksiyası keçirmişdilər. Fermerlər, xüsusilə AK rəhbəri Ursula fon der Lyayenə qarşı çıxıblar.

Töhfə Səməd

tag: Lyej ,Avropa Komissiyası,Ursula fon der Lyayen,COVID-19,Aİ,todaypress.az,