Məhbuslar Rusiya həbsxanasından qaçdılar
Rusiyanın Lipetsk vilayətindəki 2 saylı islah koloniyasından 6 nəfər məhbus qaçıb.
TodayPress xəbər verir ki, bu barədə vilayətin qubernatoru İqor Artamonov məlumat yayıb.
O, əlavə edib ki, axtarış əməliyyatlarına Federal Penitensiar Xidmət, polis və Rusiya Qvardiyası cəlb edilib. Narahatlığa ehtiyac olmadığını diqqətə çatdıran qubernator, məsələnin tez bir zamanda öz həllini tapacağını vurğulayıb.
Qeyd edək ki, məhz həmin koloniyada Lesha Soldat kimi tanınan Orexovskaya mütəşəkkil cinayətkar qrupunun qatili Aleksey Şerstobitov həbs cəzası çəkir.
Töhfə Səməd
tag: Rusiya, Məhbus, Lipets, İqor Artamonov,Həbs, todaypress.az,