“Məhbus mübadiləsi Trampın gücünün sübutudur”

Dünya

02.08.2024 16:11

“Rusiya ilə ABŞ arasında genişmiqyaslı məhbus mübadiləsi ABŞ-nin 45-ci prezidenti Donald Tramp və onun növbəti seçkilərdə mümkün qələbəsinə görə baş verib”.

TodayPress xəbər verir ki, bunu Respublikaçılardan ABŞ-də vitse-prezidentliyə namizəd Ceyms Devid Vens deyib. 

“Sual verməliyik ki, həmin məhbuslar indi niyə evlərinə qayıdırlar? Düşünürəm ki, bu, dünyadakı pis adamların Donald Trampın yenidən hakimiyyətə gəlmək üzrə olduğunu başa düşmələri və buna görə də ortalığı təmizləmə cəhdləridir. Bu, yaxşı haldır və mən hesab edirəm ki, bu, Donald Trampın gücünün sübutudur”.

Vens həmçinin vurğulayıb ki, mübadilə olduqca yaxşı addımdır.

Lakin xatırladaq ki, Donald Tramp Rusiya ilə Qərb ölkələri arasında baş tutan məhbus mübadiləsini tənqid edərək, bu halın rüsvayçılıq olduğunu açıqlamışdı.

Töhfə Səməd

tag: Respublikaçılar, Tramp, ABŞ, Qərb,Ceyms Devid Vens, todaypress.az,