Medvedev Ukraynanı hədələdi

Dünya

13.08.2024 18:13

“Ukrayna Silahlı Qüvvələri (AFU) Rusiya Federasiyası ərazisində törətdikləri terror aktına görə layiqli cəzasını alacaqlar”.

Todaypress xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

“Ukrayna bizim ərazimizə terror hücumu həyata keçirdi. Bütün təlimatları Rusiya Prezidenti Vladimir Putin artıq ötən gün verib. Konkret olaraq bunun üzərində dayanmayacağam. Sadəcə onu deyim ki, onlar bunu etdiklərinə görə layiqli cəzalarını alacaqlar. Sözügedən cəza Ukrayna rəhbərliyi üçün müxtəlif nəticələrə səbəb olacaq" deyə Medvedev əlavə edib.

Töhfə Səməd

tag: Rusiya, Prezident, Ukrayna,Vladimir Putin,Medvedev,Rusiya Federasiyası, todaypress.az,