Medvedev: “Ukraynadakı müharibə əbədi olmayacaq”
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Ukraynadakı xüsusi hərbi əməliyyatın (SVO) sonsuz davam etməyəcəyini və qarşıya qoyulmuş məqsədlər reallaşdıqdan sonra başa çatacağını bəyan edib.
TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
“Bu, əbədi bir vəziyyət deyil. Hərbi əməliyyatlar biz formal nəticələrə nail olduqdan sonra bitəcək” deyə Medvedev bildirib.
Onun sözlərinə görə, münaqişə zamanı “nəticələrin təsdiqi üçün açıq fasilələr”in olması mümkündür.
Qiymət Mahir
tag: Medvedev,Rusiya ,Dmitri Medvedev,Ukrayna,todaypress.az,