Medvedev Trampı tənqid etdİ

Dünya

01.05.2025 12:10

17

ABŞ prezidenti Donald Trampın Çinlə ticarət münasibətlərində tarifləri artırmaq qərarı Rusiya tərəfindən tənqid olunub.

TodayPress xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev “Telegram” kanalında paylaşım edib. 

Onun sözlərinə görə, Trampın bu qərarı strateji səhv olub:

“Çinin özünün nəhəng daxili bazarı və resursları var. Onun iqtisadiyyatı istənilən təzyiqə tab gətirəcək. Burada Trampın ciddi səhvi oldu” deyə Medvedev qeyd edib.

O, ABŞ-nin tarif siyasətini yalnız Çinə qarşı deyil, həm də Avropa ölkələri və Britaniyaya qarşı yönəlik addım kimi qiymətləndirib:

“Bu, hamıya qarşı yönəlmiş siyasətdir. Tarif sanksiyalarına məruz qalan ölkələr sanki diz çöküb güzəştə getməyə məcbur qalırlar”.

Qiymət Mahir

tag: ABŞ,Donald Tramp,Çin,Rusiya,todaypress.az,