Medvedev: "Tramp bütün dünyanı çaşdırmağa çalışır"
Dünya
26.01.2025 16:15
"ABŞ prezidenti Donald Tramp ikinci prezidentlik müddətinin ilk həftəsində dünyanı çaşdırmağa çalışıb".
TodayPress xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün "Telegram" kanalında bildirib.
“Ağ Evə ikinci gəlişinin ilk həftəsində Donald Tramp bütün dünyanı çaşdırmağa çalışdı. Amma bizi aldada bilməz!” deyə Medvedev gülüş ifadəsi əlavə edərək qeyd edib.
Töhfə Səməd
tag: ABŞ ,Donald Tramp,Prezident,Rusiya ,Ağ Ev,todaypress.az,