Medvedev: “Rusiya və Ukrayna arasında barış olacaq”

Dünya

08.05.2025 21:45

19

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Ukrayna ilə barışın qaçılmaz olduğunu deyib. 

TodayPress xəbər verir ki, bu fikri o, Ukrayna müharibəsi ilə bağlı əsərlər yazan yazıçılarla görüşdə səsləndirib.

“Hazırda qarşılıqlı nifrət dərəcəsi çox yüksəkdir. Amma nə vaxtsa barış olacaq. Bu, tarixi qanundur və bunu hamı anlayır” deyə Medvedev bildirib.

O vurğulayıb ki, bu məsələ ilə bağlı daha əvvəl Rusiya prezidenti Vladimir Putin də oxşar fikir səsləndirmişdi.

Qiymət Mahir

tag: Rusiya ,Dmitri Medvedev,Ukrayna,Putin,todaypress.az,