Medvedev Qərbin Rusiyanın nüvə doktrinasına reaksiyasından danışdı

Dünya

27.09.2024 17:21

“Ölkə nə qədər gülməli olsa, ambisiya da bir o qədər yüksək olar”.

TodayPress xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qərbin nüvə doktrinasına reaksiyasını şərh edərkən bildirib. 

O qeyd edib ki, guya hərbi təşkilatların ayrı-ayrı rəhbərləri və kiçik dövlətlərin baş qərargahı Rusiyaya zərbə endirmək ehtimalı ilə bağlı razılığa gəliblər.

“Yaxşı, nə deyə bilərəm? Dövlət nə qədər gülməli olsa, bu dövlətin ayrı-ayrı çılğın liderlərinin ambisiyaları da bir o qədər yüksək olar” Medvedev deyib. 

Xatırladaq ki, bundan əvvəl NATO-nun səlahiyyət müddətini başa vuran baş katibi Yens Stoltenberq Rusiyanın nüvə doktrinasının yenilənməsinə münasibət bildirib. Onun fikrincə, bu, Ukraynanı qorxutmaq üçün bir üsuldur.  

Günəş Mərd

tag: Rusiya , Ukrayna, NATO,Zərbə, Baş Qərargah, todaypress.az,