Medvedev: “NATO ölkələri Rusiyaya qarşı genişmiqyaslı müharibədə iştirak edir”

Dünya

23.11.2024 14:15

“ABŞ və digər NATO üzvləri öz raketlərindən Kursk və Bryansk vilayətlərinə zərbələr endirdikdən sonra Rusiyaya qarşı genişmiqyaslı müharibəyə qoşulublar”.

TodayPress xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Al Arabiya” telekanalına müsahibəsində bildirib. 

“Bu, hərbi toqquşmaların və hadisələrin gedişatını dəyişir. Bu, sübut edir ki, NATO, Vaşinqton və alyansın digər üzvləri, əslində, Rusiyaya qarşı artıq hibrid deyil, tammiqyaslı müharibəyə qoşulublar”. 

Medvedev Rusiyanın dərinliklərinə zərbə endirmək üçün qərbin uzaqmənzilli raketlərindən istifadəsinin nəticələri barədə də danışıb. O, qeyd edib ki, zərbələr cavabsız qalmayıb. 

Günəş Mərd

tag: ABŞ,NATO,Kursk ,Bryansk ,Rusiya,Dmitri Medvedev,todaypress.az,