Medvedev Durovun saxlanmasını siyasi motivli hesab edir
Dünya
27.08.2024 23:38
Rusiya Təhlükəsizlik
Şurasının sədr müavini Dmitri Medvedev “Telegram”-ın
təsisçisi Pavel Durovun Fransada saxlanmasının siyasi motivli olduğunu bildirib.
TodayPress xəbər verir ki, bu barədə
“TASS”
məlumat
yayıb.
Medvedev bildirib ki, bu cür qərarlar
diqqət mərkəzində olacaq və Rusiya hakimiyyəti buna mütləq diqqət yetirəcəkdir.
Durov avqustun 24-də Paris
yaxınlığındakı Le Burje hava limanında saxlanılıb. Ertəsi gün onun həbs
müddəti 96 saatadək uzadılıb.
Rusiyanın Fransadakı səfirliyindən TASS-a
bildirilib ki, Durovun hüquqlarını müdafiə etməyi və onunla konsulluq əlaqəsi planlaşdırır.
Aynur TAC
tag: Rusiya,Paris,Fransa,Telegram,todaypress.az,