Medvedev: "Bayden Trampa böyük "miras" qoyub"

Dünya

19.01.2025 12:45

"ABŞ prezidenti Cozef Baydenin administrasiyası onun varislərinə böyük bir böhran mirası qoyub".     

TodayPress xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün "Telegram" kanalında bildirib.   

"Baydenin qərarlarının zərərləri hələ uzun müddət Amerikada özünü göstərəcək" deyə Medvedev vurğulayıb.   

O qeyd edib ki, bu səbəbdən Rusiya ilə ABŞ arasında münasibətlərin normallaşması onilliklər boyu uzanacaq və ya tamamilə qeyri-mümkün olacaq.          

Qeyd edək ki, Baydenin prezidentlik müddəti yanvarın 20-də ABŞ-nin  yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimi ilə başa çatacaq.    

Nicat Osman

tag: Bayden,Rusiya,Tramp,ABŞ,Medvedev,