Məcburi hərbi xidmət ləğv edilir? – Nazirdən açıqlama
Dünya
01.06.2024 13:56
“Hesab edirəm ki, Türkiyə Cümhuriyyətinin övladları vətənin müdafiəsində iştirak etməyə borcludurlar. Ölkəmizin şərtlərini də nəzərə alsaq, məcburi hərbi xidmətin düzgün olduğunu görərik”.
TodayPress xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər 45 ölkənin iştirak etdiyi “EFES-2024” təlimindən sonra jurnalistlərə açıqlamasında deyib. Nazir məcburi hərbi xidmətin artıq Avropa ölkələrinin də gündəmində olduğunu bildirib.
“Buna misal olaraq Böyük Britaniyanın adını çəkə bilərik” deyə Yaşar Gülər əlavə edib.
Qeyd edək ki, Türkiyədə çağırışçılar əsgərliyə 21 yaşında aparılırlar. Məcburi hərbi xidmət müddəti 12 aydır, ali təhsil alanlar isə 6 ay xidmət keçir. Amma hazırda Türkiyədə əvəzi ödənilməklə (bədəlli) əsgərliyə getməmək qanuniləşdirilib. 27 yaşına qədər şəxslər bu hüquqdan istifadə edə bilərlər. Əvəzi ödənilən əsgərlik Türkiyədə daha əvvəl 1987, 1992, 1999, və 2011-ci illərdə də tətbiq edilib.
Günəş Mərd
tag: Hərbi xidmət, Türkiyə,Yaşar Gülər,Məcburi, Dünya, Todaypress.az,