MDB ölkələrinin ümumi radar identifikasiyası sistemi yaradıldı

Dünya

12.11.2024 16:20

1676

MDB ölkələrinin ümumi radar identifikasiyası sistemi “Parol” yaradılıb.

TodayPress xəbər verir ki, bunu Rusiya müdafiə naziri Andrey Belausov MDB Müdafiə Nazirləri Şurasının iclasında çıxışı zamanı bildirib.

O, bu sistemin həyata keçirilməsində göstərdikləri dəstəyə və köməyə görə iştirakçı ölkələrə təşəkkürünü bildirib.

Rusiya MN başçısı xatırladıb ki, indiyə kimi MDB məkanında hava hücumundan müdafiə, rabitə, radiasiya, kimyəvi və bioloji vəziyyətin monitorinqi və qiymətləndirilməsi, “Parol” ümumi radar identifikasiyası kimi birləşmiş hərbi sistemlər yaradılıb.

tag: MDB, Rusiya, Parol,Andrey Belausov ,Müdafiə Nazirləri Şurası, todaypress.az,