MDB ölkələri vahid HHM sisteminin yaradılmasına vəsait ayıracaq
Dünya
12.12.2024 17:09
Dekabrın 12-də Moskvada MDB ölkələrinin Hökumət Başçıları Şurasının iclası keçirilib.
TodayPress Rusiya KİV-ə istindən xəbər verir ki, tədbirdə Rusiyanın baş naziri Mixail Mişustin, Azərbaycanın baş naziri Əli Əsədov, Belarus hökumətinin başçısı Roman Qolovçenko, Qazaxıstanın baş naziri Oljas Bektenov, həmçinin Tacikistan , Özbəkistan və Qırğızıstan nümayəndələri iştirak ediblər.
İclasda Birlik ölkələrinin vahid hava hücumundan müdafiə sisteminin yaradılması və inkişafı üçün vəsait ayrılması qərara alınıb.
Bu vəsaitin hava hücumundan müdafiə sisteminin inkişafı və MDB Müdafiə Nazirləri Şurası yanında fəaliyyət göstərən əlaqələndirmə komitəsinin işinin dəstəklənməsi üçün istifadə edilməsi də təsdiq edilib.
Günəş Mərd
tag: MDB ,Əli Əsədov ,Rusiya, Şura, todaypress.az,