MDB-nin baş katibi Gürcüstanın birliyə qayıtmasına ümid edir
Dünya
27.10.2024 14:11
MDB-nin baş katibi Sergey Lebedev Gürcüstanın Müstəqil Dövlətlər Birliyinə mümkün qayıdışına ümid etdiyini bildirib.
TodayPress xəbər verir ki, bu barəsə “RİA” məlumat yayıb.
Onun sözlərinə görə, bu, asan olmayacaq.
“Mən belə ümidimi itirmirəm. Realist olsam da, müşahidə etdiyimiz tendensiyaları nəzərə alsaq, bunu etmək çox çətin olacağını yaxşı bilirəm. Amma ümidimizi itirməyək” Lebedev əlavə edib.
O vurğulayıb ki, bir çox MDB üzvləri onun kimi düşünürlər və hesab edirlər ki, uzun illərdir mövcud olan əlaqələri pozmaq ağlabatan deyil, çünki bu əlaqələr təkcə Gürcüstan üçün deyil, həm də birliyin digər ölkələri üçün vacibdir.
Lebedev onu da əlavə edib ki, Gürcüstan bir neçə il əvvəl MDB-dən çıxsa da, dövlətlər arasında qarşılıqlı əlaqələri tənzimləyən çoxsaylı iqtisadi sazişlərdə iştirak etməkdə davam edir.
Günəş Mərd
tag: Gürcüstan,MDB,Baş katib,Təşkilat,Todaypress.az,